Vahid əkin qaydaları qəbul edilib
Bakı, 26 yanvar, AZƏRTAC
Artıq vahid sahə, əkin qaydaları qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 26-da keçirilən iclasında Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Nicat Əfəndiyev bildirib.
O qeyd edib ki, həmin qaydalar ölkə və regionlar üzrə mərhələli şəkildə tətbiq olunmağa başlanılıb. Belə ki, hər hansı regionda vahid sahə elan olunur, həmin vahid sahədə növbəli əkin və bitkilər müəyyən edilir. Artıq fermerlər həmin bitkiləri əkdikcə həm onların suvarılması, eyni zamanda, həyata keçiriləcək aqrotexniki qulluq, gübrə və digər problemlər öz həllini tapacaq. Bu da mərhələli şəkildə həyata keçiriləcək.
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub