×
A
A
A
Sazlamalar

Torpaq üzərində hüquqların dövlət reyestrində qeydə alınması prosesi sadələşdirilir

Bakı, 26 yanvar, AZƏRTAC

On bir aydan az icarə müqavilələri ilə bağlı icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi aradan qaldırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 25-də keçirilən iclasında parlamentin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.
O bildirib ki, mövcud qanunvericiliyə görə torpaq üzərində bütün hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Yeni qanun layihəsi indi bu imkanı hüquqi və fiziki şəxslər üçün bir qədər yumşaldır. Yəni, bu məlumatlar yalnız elektron sistem vasitəsilə daxil ediləcək və onun üzərindən vətəndaşın hüququ artıq tanınacaq. Onun üçün nəzərdə tutulan subsidiyaların əldə edilməsi təmin olunacaq.

Cəmiyyət 2023-01-26 12:19:00