×
A
A
A
Sazlamalar

İşğaldan azad olunan torpaqlarda aqrar sahənin inkişafı məsələləri müzakirə ediləcək

Bakı, 26 yanvar, AZƏRTAC

Milli Məclis müvafiq orqanlar ilə birlikdə aqrar sahə ilə əlaqədar yeni vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin Aqrar siyasət komitəsinin 2023-cü il üzrə yaz sessiyasının iş planında əksini tapıb.
Yaz sessiyası ərzində komitə üzvlərinin işğaldan azad edilən torpaqlarda yaranmış vəziyyətlə tanışlıq və aqrar sahəsinin inkişafı üçün vacib məsələlərin müzakirəsi nəzərdə tutulur.

Cəmiyyət 2023-01-26 11:28:00