×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda soyğunçuluq edən şəxslər saxlanılıblar

Bakı, 26 yanvar, AZƏRTAC

Nəsimi rayonu ərazisində iki nəfərin Qobustan rayon sakini olan oğlana zor tətbiq edərək pulunu və mobil telefonunu talaması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - Bakı şəhər sakini Murad Səmədov və Ağcabədi rayon sakini Fərahim Rzayev saxlanılıblar.
Araşdırmalarla M.Səmədovun Sumqayıt şəhər sakini olan daha bir nəfərin 860 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.

Cəmiyyət 2023-01-26 11:22:00