×
A
A
A
Sazlamalar

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi ilə ANAMA-da görüş olub

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin İnkişaf Proqramının (BMT İP) rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros ilə görüşüb.
AZƏRTAC-a bu barədə ANAMA-dan bildirilib.
Görüşdə BMT İP ilə agentliyin uzun illərə dayanan sıx əməkdaşlıq tarixçəsinin olduğu və humanitar minatəmizləmə potensialının gücləndirilməsi və genişləndirilməsi istiqamətində faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Cəmiyyət 2023-01-26 10:31:00