×
A
A
A
Sazlamalar

Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısında dəyişiklik edilib

Bakı, 25 yanvar, AZƏRTAC

Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni Qərar imzalayıb.
Qərara əsasən, sözügedən siyahıya Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zəngilan şəhəri) əlavə edilib.

Cəmiyyət 2023-01-25 20:39:39