×
A
A
A
Sazlamalar

“Diplomatiya məktəbi” layihəsinə start verilib

Bakı, 25 yanvar, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətində (DMX) “Diplomatiya məktəbi” layihəsinin açılış mərasimi keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, layihənin açılışında “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Arzu Məmmədova bütün iştirakçılara uğur arzulayıb.
Sonra layihə rəhbəri Adil Şükürov ümumu məlumat verərək onun start verildiyini deyib.
Layihənin ilk təlimi “Tobçubaşov Mərkəzi”nin həmtəsisçisi və siyasi ekspert Rusif Hüseynovun təqdimatında “Reinteqrasiya prosesi nədir və reinteqrasiyanın ölkələrə təsiri” mövzusunda olub.
Əsas məqsəd gənclərin diplomatiya ilə bağlı biliklərini genişləndirmək, onlara diplomatiya sahəsi üzrə gələcək karyera planları haqqında məsləhət vermək və inkişafına dəstək olmaqdır.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qaliblərindən biri kimi “Miqrasiya Könüllüsü” İctimai Birliyi və Dövlət Miqrasiya Xidmətinin tərəfdaşlığı ilə həyata keçirilir.

Cəmiyyət 2023-01-25 19:48:00