×
A
A
A
Sazlamalar

Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqsədilə tədbir təşkil edilib

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış birgə Tədbirlər Planının müvafiq bəndinin icrası məqsədilə Nizami rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqları üçün narkomanlıq probleminə dair treninq keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasından məlumat verilib.
Treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı iştirak edərək təqdimat əsasında narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedaqoqun və fənn müəlliminin, psixoloqların bu problemə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələlər barədə geniş məlumat verib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanan narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələrə dair kitabça və digər zəruri məlumatları özündə əks etdirən çap materialları təqdim edilib.

Cəmiyyət 2023-01-25 19:10:00