×
A
A
A
Sazlamalar

“Biznesə daxilolma” işçi qrupunun iclasında Yol Xəritəsi çərçivəsində ötən il görülmüş işlər müzakirə ediləcək

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 31-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda 2022-ci il sentyabrın 30-da Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində 2022-ci ildə görülmüş işlər barədə məlumat veriləcək.
Bundan başqa, Yol Xəritəsinin “Xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası” adlı 1.2.2-ci bəndinin 1-ci, 2-ci və 3-cü hissələri ilə bağlı görülmüş işlər müzakirə ediləcək. Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri iclasla əlaqədar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflərini təqdim edə bilərlər.

Maliyyə 2023-01-25 19:03:00