×
A
A
A
Sazlamalar

Dövlət Vergi Xidmətinin Aparatına daxil olmuş faktiki şikayətlərin sayı 9 faiz azalıb

Bakı, 25 yanvar, AZƏRTAC

Ötən il ümumilikdə vergi orqanlarına 284 min 494 müraciət daxil olub. Bunun da 91,3 faizi ərizə, 8,6 faizi şikayət, 0,1 faizi isə təklif olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş müraciətlərdən 98,4 faizinin baxılması 2022-ci ildə başa çatdırılıb, 1,6 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 66,4 faizi həll olunub, 29,4 faizi barədə müvafiq izahat verilib, qalanları haqqında qanunvericiliyə uyğun qərarlar qəbul edilib.
Dövlət Vergi Xidmətinin Aparatına daxil olmuş faktiki şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz azdır. Həll edilmiş faktiki şikayətlərin 91 faizi kameral vergi yoxlamaları, qalanları maliyyə sanksiyasının silinməsi, vergi borcları, vergiödəyicisinin qeydiyyatı, vergi mükəlləfiyyəti, təsdiqlənməmiş azalma, şəxsi hesab vərəqələri və digər məsələlər ilə bağlı olub.

Maliyyə 2023-01-25 18:49:00