Nəsimi rayonunun bu ərazisində hərəkət məhdudlaşdırılıb
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərinin Nəsimi rayonu ərazisində Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan hissəsində təmir işləri həyata keçirir. Hazırda həmin hissədə yeni asfalt-beton örtüyü salınır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri ilə əlaqədar Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan hissəsində hərəkət məhdudlaşdırılıb.
Sürücülərdən görülən işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yol seçmələri xahiş olunur.
Nəqliyyat vasitələrinin və piyadaların çox hərəkət etdiyi həmin küçənin kiçik bir hissəsinin təmiri və saxlanılmasında yaranmış çətinlikləri nəzərə alaraq, həmin kiçik ölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyün salınması qərara alınıb.
İmişli rayonunda 43.5 kilometr uzunluğa malik yolların yenidən qurulması davam edir
Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında saziş imzalanıb
Ümumi inşaat işlərinin 90,6 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər
Yanvarda metallurgiya sənayesində 71,1 milyon manatlıq məhsul istehsal olunub