×
A
A
A
Sazlamalar

FHN: Türkiyəli psixoloqlarla birgə indiyədək 1583 vətəndaşa yardım göstərilib

Bakı, 25 yanvar, AZƏRTAC

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə yenidən Türkiyədən ölkəmizə gəlmiş 20 nəfərdən çox peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə fəaliyyətlərini davam etdirirlər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən müddət ərzində 1583 vətəndaşa, o cümlədən 259 uşağa 4072 seans psixoloji yardım göstərilib.
Xatırladaq ki, hazırda Bakı, Gəncə, Naxçıvan, Bərdə, Xaçmaz və Cəlilabad şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Cəmiyyət 2023-01-25 14:43:00