×
A
A
A
Sazlamalar

Komitə sədri: “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun yenidən işlənməsinə ehtiyac var

Bakı, 25 yanvar, AZƏRTAC

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Milli Məclisə bir sıra qanunların birgə hazırlanması ilə bağlı müraciət edib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin yanvarın 25-də keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun uzun illər əvvəl qəbul edilib. Bu Qanunun da yenidən işlənməsinə ehtiyac var.

Cəmiyyət 2023-01-25 12:32:00