×
A
A
A
Sazlamalar

DİN: 11,6 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb

Bakı, 25 yanvar, AZƏRTAC

Polis əməkdaşlarının yanvarın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,8 kiloqramdan çox heroin, 7,7 kiloqrama yaxın marixuana, 77 qram artıq tiryək, həmçinin 245 qram metamfetamin, 479 ədəd metadon həbləri olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Cəmiyyət 2023-01-25 12:31:00