×
A
A
A
Sazlamalar

Gömrükçülər külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar

Bakı, 25 yanvar, AZƏRTAC
Gömrükçülər uğurlu əməliyyat nəticəsində külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusun sərnişininə məxsus çantaya baxış zamanı şirniyyat və yuyucu vasitələr qutusunda xalis çəkiləri 2060 qram olan psixotrop maddə - metamfetamin və 4328 qram heroin aşkarlanıb.
Daha sonra əməliyyat tədbirləri davam etdirilib. Həmin narkotik vasitələri təhvil alan iki nəfər saxlanılıb. Onların idarə etdikləri nəqliyyat vasitəsinə baxış keçirilib. Avtomobildən xalis çəkisi 1,640 qram olan qurudulmuş marixuana və 1,82 qram tiryək, eyni zamanda, bu narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən 2 metal boru aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2023-01-25 12:21:00