Paytaxtın Füzuli küçəsində 232 metrlik hissədə təmir işləri aparılır
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Nəsimi rayonu ərazisində Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan 232 metrlik hissəsində təmir işləri həyata keçirir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ərazidə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşların çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib.
Nəqliyyat vasitələrinin və piyadaların çox hərəkət etdiyi küçənin kiçik hissəsinin təmiri və saxlanılmasında yaranmış çətinliklər nəzərə alınaraq yeni asfalt-beton örtüyün salınması işlərinə başlanılıb. Bundan əvvəl analoji işlər Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsində də aparılıb.
“İnşaat Norma və Qaydaları”na əsasən və qrafikə uyğun aparılan təmir işlərinin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur.
İmişli rayonunda 43.5 kilometr uzunluğa malik yolların yenidən qurulması davam edir
Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında saziş imzalanıb
Ümumi inşaat işlərinin 90,6 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər
Yanvarda metallurgiya sənayesində 71,1 milyon manatlıq məhsul istehsal olunub