Azərbaycan Ordusunun hərbi hissələrinə yeni çağırışçıların qəbulu davam edir VİDEO
Bakı, 24 yanvar, AZƏRTAC
“Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xidmətə yeni gələn bütün çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə edilir, mövsümə uyğun hərbi geyimlə və digər təminat növləri ilə tam təmin olunurlar.
Şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir, əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara riayət olunmaqla dadlı və keyfiyyətli yeməklər hazırlanır.
Hərbi xidmətin xüsusiyyətləri, xidmət edəcəkləri hərbi hissə, günün nizam və təhlükəsizlik qaydaları barədə çağırışçılara ətraflı məlumat verilir, maarifləndirici və fərdi söhbətlər aparılaraq onların psixoloji xüsusiyyətləri öyrənilir.
Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq onlarla fərdi hazırlıq məşğələləri keçirilir. Məşğələlərdə gənc əsgərlərə nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri aşılanılır.
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO
Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb