×
A
A
A
Sazlamalar

Təhlükəli yüklərin daşınmasına görə yol vergisinə tətbiq olunan artımlar ləğv edilir

Bakı, 24 yanvar, AZƏRTAC

Təhlükəli yüklərin daşınmasına görə yol vergisinə tətbiq olunan artımlar ləğv edilir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 24-də keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsi beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinin (bundan irəli gələrək icazə blanklarının verilməsinə görə dövlət rüsumunun) ləğvi ilə əlaqədar, ölkə ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahiblərinə və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslərə tətbiq olunan yol vergisinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qanun layihəsinə əsasən Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisi ödəyicisi, həmin şəxslərə məxsus nəqliyyat vasitələri isə yol vergisinin obyekti hesab olunurlar. Həmçinin təhlükəli yüklərin daşınmasına görə yol vergisinə tətbiq olunan artımlar ləğv edilir.

İqtisadiyyat 2023-01-24 12:25:00