×
A
A
A
Sazlamalar

Bu gündən ipoteka krediti ilə bağlı müraciətlərin qəbulu başlayır

Bakı, 24 yanvar, AZƏRTAC

Bu gündən ipoteka krediti ilə bağlı müraciətlərin qəbulu başlayıb.
AZƏRTAC xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

Maliyyə 2023-01-24 12:22:00