×
A
A
A
Sazlamalar

® İki gün sonra “Birbank “lotereyasının qalibləri məlum olacaq

Məlumat verdiyimiz kimi, bütün növ “Birbank” (həmçinin “BirKart”) kart sahibləri nağdsız ödənişlər etməklə Bakıda 2 otaqlı təmirli mənzil, 2 ədəd “Toyota Corolla” avtomobili, 10 ədəd “MacBook Air” və ya 10 ədəd “iPhone 14 Pro” smartfonu qazana bilərlər.

Yanvarın 26-sı saat 19:15-də İctimai Televiziyanın canlı efirində keçiriləcək lotereya tirajı zamanı 23 ədəd “Birbank” kartının sahibləri qiymətli hədiyyələr qazanacaqlar. Tiraj, həmçinin “Birbank”ın rəsmi yutub (https://youtube.com/@birbank) və feysbuk (https://facebook.com/birbank) səhifələrində də canlı yayımlanacaq.
Nəzərinizə çatdıraq ki, şərtlərə görə, lotereyada iştirak üçün “Birbank” kart sahibləri ötən il oktyabrın 17-dən bu il yanvarın 5-dək taksit və ya debet “Birbank” kartları ilə 10 AZN və daha çox məbləğdə uğurlu nağdsız əməliyyat edərək lotereyada 1 iştirak şansı qazanırdılar. “Birbank” rəqəmsal bankında və “Umico Market”də edilən 10 AZN və daha çox məbləğdə uğurlu əməliyyatlar isə kart sahibinə 2 iştirak şansı qazandırıb. Əgər müştərinin bir neçə “Birbank” kartı varsa, hər biri lotereyada ayrılıqda iştirak edir. Hər müştəri bir “Birbank” kartı ilə yalnız 1 dəfə qalib ola bilər. Kampaniya ilə bağlı ətraflı məlumat üçün – https://bir.bank/bblotpr.
Qeyd edək ki, bütün “Birbank” kartlarının həm taksit, həm də debet növü mövcuddur. “Birbank Cashback” debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5 faizdən 30 faizədək, “Birbank”da kommunal, mobil və stasionar rabitə, İnternet və TV ödənişlərində isə 1 faiz keşbek qazandırır.
“Birbank Cashback” debet kartları ilə ay ərzində 5 min manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
“Birbank Miles” kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin “Birbank Miles” debet kartları ilə də ay ərzində 5 min manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
“Birbank Umico” debet kartları ilə isə ay ərzində 4 min manatadək “Kapital Bank”a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
“Birbank” taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. “Birbank” kartının ölkə üzrə 11 mindən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
“Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın feysbuk və instaqram səhifəsinə müraciət edə bilərsiniz. “Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya “Birbank” mərkəzlərinə müraciət edin.

İqtisadiyyat 2023-01-24 12:12:00