×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 61 faizi sənaye və tikinti sahələrinə sərf olunub

Bakı, 24 yanvar, AZƏRTAC

Ötən il əsas kapitala yönəldilmiş ümumi vəsaitin 37,9 faizi sənaye, 25,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 23,1 faizi tikinti sahələrinə sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu vəsaitin 3,7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,5 faizi təhsil, 0,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, hər birində 0,5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, 0,1 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.


İqtisadiyyat 2023-01-24 12:02:00