×
A
A
A
Sazlamalar

Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə icazə blanklarının verilməsi ləğv edilir

Bakı, 24 yanvar, AZƏRTAC

Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi ləğv edilir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 24-də keçilən iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsi beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinin ləğvi məqsədilə hazırlanıb. Bununla əlaqədar olaraq icazə blanklarının verilməsinə görə dövlət rüsumu da ləğv edilir.

İqtisadiyyat 2023-01-24 11:53:00