×
A
A
A
Sazlamalar

Milli Məclisdə “Rəqabət Məcəlləsi”nin layihəsi hazırlanacaq

Bakı, 24 yanvar, AZƏRTAC

Milli Məclisdə “Rəqabət Məcəlləsi” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanacaq.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin iş planına daxil edilib.
İş planında, həmçinin “Lombardlar haqqında” və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihələrinin hazırlanması nəzərdə tutulur.

İqtisadiyyat 2023-01-24 11:50:00