×
A
A
A
Sazlamalar

Alimlər min illər əvvəl itlərin əhliləşdirilməsinə səbəb olan amili müəyyənləşdiriblər

Bakı, 24 yanvar, AZƏRTAC

Budapeşt Universitetinin mütəxəssislər qrupu min illər əvvəl itlərin əhliləşdirilməsinə səbəb olan faktoru müəyyən ediblər.
AZƏRTAC xəbər verir ki, “Scientific Reports” jurnalında dərc olunan işin nəticələrinə görə, buna səbəb insanla vizual təmas olub.
Əvvəlki araşdırmalar göstərdi ki, primatlar və məməlilərin bəzi növləri insanlar və digər növlərlə ünsiyyət qurmaq və əlaqə yaratmaq üçün vizual işarələrdən istifadə edə bilir. Baxmayaraq ki, əvvəllər bunun ev heyvanları ilə məhdudlaşdığı düşünülürdü.
İndi alimlər itlərin və əhliləşdirilən donuzların davranışlarını izləyiblər. Yeni bir təcrübədə şirniyyatlar subyektlərdən əlçatmaz bir hündürlükdə gizlədilib, sonra isə sahiblərinin yanında və yoxluğunda müşahidə edilib. Ehtimal olunurdu ki, subyektlər ev sahibi ilə aktiv şəkildə qarşılıqlı əlaqədə olacaqlar və onu gizli yeməyə çalışacaqlar.
Təhlil göstərdi ki, itlər və donuzlar tək olanda eyni cür davranırdılar, lakin insan peyda olanda itlər insanla ünsiyyət qurmağa, onun diqqətini yeməyə cəmləməyə başladı, bunu özbaşına əldə etməyə çalışan donuzlardan fərqli olaraq.
Əldə edilən nəticələr, itlərin başqaları ilə ünsiyyətdə vizual siqnallardan istifadə etmək bacarığını aydın şəkildə göstərir, donuzlar isə əsasən səslərə və qoxulara diqqət yetirirlər. Tədqiqatçılar qeyd edirlər ki, qohumlarla və insanlarla ünsiyyətdə vizual təması tanımaq və istifadə etmək bacarığı onların əhliləşdirilməsində böyük əhəmiyyət kəsb edirdi.

Bu maraqlıdır 2023-01-24 07:27:00