ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib
Bakı, 24 yanvar, AZƏRTAC
ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və idarə heyətinin beş üzvünə İranda etiraz aksiyalarını təqib etdiklərinə görə sanksiya tətbiq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sanksiya siyahısında, həmçinin kəşfiyyat və təhlükəsizlik nazirinin müavini və İrandakı SEPAH-ın dörd yüksəkrütbəli komandiri də var.
“Böyük Britaniya və Aİ ilə koordinasiyada görülən bugünkü hərəkətlər rejimin qəddar repressiyalarının böyük hissəsini maliyyələşdirən SEPAH-ın əsas iqtisadi dayaqlarını və milli və əyalət səviyyəsində Tehranın repressiyalarını koordinasiya edən yüksək səviyyəli təhlükəsizlik rəsmilərini hədəf alır”, - bəyanatda deyilir.
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib
Rusiya və Çin liderləri arasında 4,5 saat davam edən görüş başa çatıb
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 20,5 faiz artıb
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 mini ötüb