Əlcəzairdə helikopter qəzası: Biri polkovnik olmaqla, üç hərbçi ölüb
Bakı, 24 yanvar, AZƏRTAC
Əlcəzairin şimalında Ayn-Defla əyalətinin El Attaf rayonunda orduya məxsus “Mi-171” helikopteri qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Algeria Press Service” məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində biri polkovnik olmaqla, üç hərbçi həlak olub.
Helikopterin planlı təlim uçuşu həyata keçirdiyi qeyd edilib.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Rusiya ordusunu Belarusa Aleksandr Lukaşenko özü dəvət edib
Yens Stoltenberq: Finlandiya yaxın günlərdə NATO-ya üzv olacaq
Kanada şirkəti Finlandiya gəmiqayırma zavodunu almaq üçün danışıqlara başlayıb
Şimali Makedoniya Ukraynaya döyüş helikopterləri göndərəcək
Müqəddəs Taxt-Tacın sözçüsü: Papa Fransiskin vəziyyəti yaxşılaşır