Serbiya Prezidenti: Avropa faktiki olaraq müharibə vəziyyətindədir
Bakı, 24 yanvar, AZƏRTAC
Avropalı siyasətçilərin nə deməsindən asılı olmayaraq, Avropa faktiki olaraq müharibə vəziyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciətində deyib.
Bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirmişdi ki, Aİ Ukraynaya 49 milyard avro dəyərində hərbi, maliyyə və humanitar yardım göstərib.
Mart ayından etibarən Avropa Komissiyası yeni makromaliyyə yardım paketindən hər ay Ukraynaya 1,5 milyard avro kredit köçürməyi planlaşdırır.
Macarıstanda ərzağa qoyulan qiymət tavanı inflyasiya azalanadək qüvvədə qalacaq
Rusiya ordusunu Belarusa Aleksandr Lukaşenko özü dəvət edib
Yens Stoltenberq: Finlandiya yaxın günlərdə NATO-ya üzv olacaq
Kanada şirkəti Finlandiya gəmiqayırma zavodunu almaq üçün danışıqlara başlayıb