Aİ Ukrayna ordusunun Polşada təlim keçməsi üçün daha 45 milyon avro ayıracaq
Bakı, 23 yanvar, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Ukrayna hərbçilərinin Polşada təlim keçməsi üçün Avropa Sülh Fondundan 45 milyon avro ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Xarici İşlər nazirliklərinin rəhbərlərinin Brüsseldə keçirilən görüşündən sonra Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel jurnalistlərə bildirib.
O, həmçinin Kiyevə 500 milyon avro məbləğində hərbi yardımın yeni tranşının ayrıldığını da açıqlayıb.
Onun sözlərinə görə, münaqişə başlayandan bəri Aİ-nin Ukraynaya yardımının ümumi həcmi 49 milyard avroya çatıb. “Beləliklə, Aİ bu göstərici üzrə dünyada birinci yerdədir”, - deyə J.Borrel vurğulayıb.
Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək
İsveçrənin iki böyük bankı birləşib
Avropa İttifaqı Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə dəstək məqsədilə konfransı keçirəcək
Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası 53,46 faiz səs toplayıb
Gürcüstanın Kvemo Svaneti bölgəsində 60 günlük karantin elan olunub