Həftə ərzində yol infrastrukturunun bərpası sahəsində görülən işlər açıqlanıb
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həftə ərzində (16-23 yanvar) yol infrastrukturunun bərpası və təmiri sahəsində görülən işlər barədə məlumat yayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu müddətdə Xızı, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçirilib, gecə saatlarında yeni piyada keçidinin aşırım hissəsi montaj edilib, Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb. Eyni zamanda, Füzuli-Hadrut avtomobil yolunun tikintisi yekunlaşır. Həmçinin Kəlbəcər və Laçın rayonlarında müxtəlif təyinatlı yollar qardan təmizlənir.
İmişli rayonunda 43.5 kilometr uzunluğa malik yolların yenidən qurulması davam edir
Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında saziş imzalanıb
Ümumi inşaat işlərinin 90,6 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər
Yanvarda metallurgiya sənayesində 71,1 milyon manatlıq məhsul istehsal olunub