×
A
A
A
Sazlamalar

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlər 13,8 faiz artıb

Bakı, 23 yanvar, AZƏRTAC

Ötən il daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlərdə artım 2021-ci illə müqayisədə 13,8 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlər 17 faiz, qeyri-dövlət mülkiyyətində olan təşkilatlar (ABƏŞ istisna olmaqla) tərəfindən əsas kapitala yönəldilmiş investisiyalar 6,3 faiz artıb. Tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlərdə isə 16,7 faiz artım qeydə alınıb.

 

İqtisadiyyat 2023-01-23 18:27:00