×
A
A
A
Sazlamalar

Gürcüstan keçən il turizmdən 3 milyard 500 milyon dollar gəlir əldə edib

Tbilisi, 23 yanvar, AZƏRTAC

Gürcüstan 2022-ci ildə turizmdən 3 milyard 500 milyon dollar gəlir əldə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Agentliyi məlumat yayıb.
Bildirilir ki, 2022-ci ildə turizmdən əldə olunan gəlir COVID-19 pandemiyasınadək olan dövrün, yəni 2019-cu ilin turizm gəlirlərindən 363 milyon 306 min dollar və ya 182 faiz çoxdur.
Qeyd olunub ki, 2022-ci ildə ölkəyə ümumilikdə 5 milyon 426 min 903 ziyarətçi gəlib ki, onlardan da 3 milyon 652 min 949 nəfəri turist vizası ilə daxil olub.
Gəlirlərin artımı turizm mövsümü və Rusiyadan gələn miqrantların hesabına yaranıb.
Milli Bankın məlumatına əsasən, ruslar keçən il ərzində Gürcüstanda 891 milyon dollar xərcləyiblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2023-01-23 18:21:00