×
A
A
A
Sazlamalar

“Buta Airways” aviaşirkəti yeni Bakı-Volqoqrad marşrutu açır

Bakı, 23 yanvar, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tərkibinə daxil olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti uçuş proqramının inkişafı çərçivəsində marşrut şəbəkəsində Bakıdan Volqoqrad şəhərinə yeni istiqamət açır.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uçuşlar martın 16-dan etibarən həftədə üç dəfə, Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqraddan isə çərşənbə, şənbə və bazar günləri həyata keçiriləcək.
Biletləri aviadaşıyıcının www.butaairways.az  saytında (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə də əldə etmək olar.
Bu reyslərə qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Nəqliyyat 2023-01-23 16:37:00