“Apple” məhsullarının 25 faizini Hindistanda istehsal edəcək
Bakı, 23 yanvar, AZƏRTAC
“Apple” kompaniyası məhsullarının 25 faizini Hindistanda istehsal etməyi planlaşdırır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal bildirib. Onun sözlərinə görə, hazırda kompaniyanın bu ölkədə istehsalı ümumi məhsulunun 5-7 faizini təşkil edir.
Dekabr ayında “Apple” Hindistandan 1 milyard dollar həcmində smartfon ixrac edən ilk kompaniya olub. Bu smartfonlar onun yerli bölmələri tərəfindən buraxılıb. Beləliklə, “Apple” Hindistandan ən böyük məhsul ixracatçısına çevrilərək bu göstəriciyə görə “Samsung” kompaniyasını qabaqlayıb.
Polşanın 2025-2039-cu illər üzrə hərbi inkişaf planı hazırlanıb
CNN: Tramp aprelin 4-də Nyu Yorkda məhkəmə qarşısına çıxacaq
ABŞ: Avropada nüvə silahlarının yerləşdirilməsi Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmur
Norveç polisi ölkə tarixində ən böyük narkotik partiyasını müsadirə edib
BMT baş katibinin müavini: Bütün ölkələr nüvə silahı ilə bağlı öhdəliklərinə əməl etməlidir