×
A
A
A
Sazlamalar

DİN: Həftəsonu ölkə ərazisində qeydə alınan 116 cinayətin üstü açılıb

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 114, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 63, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb.

Hadisə 2023-01-23 10:28:00