×
A
A
A
Sazlamalar

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub

Bakı, 23 yanvar, AZƏRTAC

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 05:58-də Qazax stansiyasından 50 kilometr şimal-şərqdə, Gürcüstan-Azərbaycan sərhədində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.

Ekologiya 2023-01-23 08:23:00