×
A
A
A
Sazlamalar

Suriyada binanın uçması nəticəsində ölənlərin sayı 15-ə çatıb

Bakı, 23 yanvar, AZƏRTAC

Suriyanın ən böyük şəhəri Hələb yaxınlığında beşmərtəbəli yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yaşayış binasında 30-a yaxın insanın yaşadığı bildirilib.
Binanın uçmasında səbəb kimi suyun sızması nəticəsində bünövrənin aşınması ehtimal edilir.
Hazırda xilasedicilər dağıntılar altında sağ qalanları və cəsədləri axtarır.

Dünya 2023-01-23 05:51:00