×
A
A
A
Sazlamalar

Almaniya Polşanın Ukraynaya “Leopard 2” tanklarını göndərməsinə mane olmayacaq

Bakı, 23 yanvar, AZƏRTAC

Polşa Almaniya istehsalı olan “Leopard 2” tanklarını Kiyevə göndərsə, Berlin buna müdaxilə etməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
Qeyd edək ki, “Leopard 2” tankının ixrac lisenziyası mövcuddur və buna görə digər ölkələr öz tanklarını Ukraynaya göndərmək üçün Almaniyadan icazə almalıdırlar.

Dünya 2023-01-23 04:46:00