Rusiya Dövlət Dumasının nümayəndə heyəti İrana səfər edib
Moskva, 23 yanvar, AZƏRTAC
Rusiya Dövlət Dumasının nümayəndə heyətinin İrana səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılığı ilə nümayəndə heyəti Tehrana rəsmi səfər edib. Nümayəndə heyətinin tərkibinə Dövlət Duması sədrinin müavini Sergey Neverov, Rusiya Liberal-Demokrat Partiyasının sədri Leonid Slutski və başqaları daxildir.
Səfər çərçivəsində energetika, nəqliyyat, kənd təsərrüfatı, sahələrində əməkdaşlıq, Xəzər dənizində qarşılıqlı fəaliyyət, regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir
Kubada avtobusunun qəzaya uğraması nəticəsində 5 rusiyalı turist xəsarət alıb
Türkiyənin Kastamonu şəhərində zəlzələ baş verib