Qeşm-İstanbul təyyarəsi Təbrizdə təcili eniş edib
Bakı, 23 yanvar, AZƏRTAC
“Qeshm Air” aviaşirkətinə məxsus təyyarə Təbrizdə təcili eniş edib.
AZƏRTAC xəbər verir ki, Qeşmdən İstanbula uçan təyyarədə sərnişinin halı pisləşib. Onun həyatını xilas etmək üçün təyyarə komandiri Təbrizə təcili eniş edib.
Ürək çatışmazlığından əziyyət çəkən sərnişin xəstəxanaya yerləşdirilib və vəziyyəti qənaətbəxşdir. Təyyarə Təbriz aeroportunda qısa yoxlamadan sonra İstanbula yola salınıb.
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib
Rusiya və Çin liderləri arasında 4,5 saat davam edən görüş başa çatıb
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 20,5 faiz artıb
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 mini ötüb