×
A
A
A
Sazlamalar

Afinaya uçan təyyarənin göyərtəsində bomba tapılmayıb

Bakı, 22 yanvar, AZƏRTAC

Afina Beynəlxalq Hava Limanına eniş edən İrlandiyanın “Ryanair” şirkətinə məxsus “Boeing 738” tipli təyyarəyə bomba qoyulması ilə bağlı məlumat öz təsdiqini tapmayıb.
AZƏRTAC xəbər verir ki, sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Sərnişinlər və baqajda partlayıcı maddə olub-olmaması yoxlanılıb.
Hava gəmisində heç bir partlayıcı qurğu aşkar edilməyib.

Dünya 2023-01-22 23:35:00