×
A
A
A
Sazlamalar

Yanvarın 22-də Azərbaycanda COVID-19 əleyhinə 445 vaksin vurulub

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 445 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində vurulan birinci doza vaksinlərin sayı 271, ikinci doza vaksinlərin sayı 54, üçüncü və daha çox doza vaksinlərin sayı 91, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29 təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 939 min 902, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 401 min 105, ikinci mərhələ üzrə 4 milyon 876 min 635, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 071, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 91-dir.

Səhiyyə 2023-01-22 21:44:00