×
A
A
A
Sazlamalar

Polşadan qalxan sərnişin təyyarəsinin pilotu laynerdə bomba olması barədə xəbərdarlıq edib

Bakı, 22 yanvar, AZƏRTAC

Polşadan havaya qalxan İrlandiyanın “Ryanair” şirkətinə məxsus “Boeing 738” tipli təyyarənin pilotu göyərtədə bomba olması barədə xəbərdarlıq siqnalı göndərib.
AZƏRTAC Yunanıstanın ERT1 telekanalına istinadla xəbər verir ki, içərisində 192 nəfərin olduğu təyyarəni F-16 qırıcıları müşayiət edib.
Polşanın Katovitse şəhərindən Afinaya uçan təyyarə yerli vaxtla saat 17:45-də Afina Beynəlxalq Hava Limanına eniş edib.
Laynerin sərnişinləri təxliyə olunublar. Təyyarə partlayıcı qurğular üzrə ixtisaslaşmış polis bölməsi tərəfindən yoxlanılacaq.

Dünya 2023-01-22 20:13:00