Moldova və Ukrayna arasındakı sərhəd-keçid məntəqələri fəaliyyətini bərpa edib
Bakı, 22 yanvar, AZƏRTAC
Ukrayna tərəfində yaranmış texniki nasazlıq aradan qaldırıldıqdan sonra Moldova-Ukrayna sərhədindəki bütün keçid məntəqələri normal fəaliyyətini bərpa edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Sərhəd Polisi məlumat yayıb.
"Moldova-Ukrayna sərhədindəki bütün keçid məntəqələri öz işini bərpa edib", - nazirliyin “Telegram” kanalında deyilir.
Qeyd edək ki, səhər saatlarında Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumat bazasında yaranan problemlərə görə sərhəd keçidləri dayandırılmışdı.
ABŞ-də şokolad fabrikində partlayış olub
“Intel” şirkətinin həmtəsisçisi Qordon Mur vəfat edib
ABŞ hesab edir ki, Çin Rusiyaya hələ ki hərbi yardım göstərməyib
Yəməndə 9 mindən çox ailə daşqından zərər çəkib
BBC: Böyük Britaniya kralı III Çarlzın Fransaya səfəri təxirə salınıb