İsveçli sosioloq: “Qurani-Kərim”i yandırmaq siyasi oyundur
Bakı, 22 yanvar, AZƏRTAC
İsveçli sosioloq Məsud Kamali ölkədə “Qurani-Kərim”in yandırılmasını və hakimiyyətin ifadə azadlığı bəhanəsi ilə bu cür hərəkətlərə icazə verməsini pisləyib.
AZƏRTAC xəbər verir ki, Məsud Kamali Türkiyənin Stokholmdakı səfirliyi qarşısında “Quran”ın yandırılmasının bütün müsəlmanlar üçün siyasi və irqçi mesaj daşıdığını bildirib.
Qeyd edək ki, Danimarkanın ifrat sağçı “Sərt kurs” partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında “Qurani-Kərim”i yandırıb. “Aksiya” polisin nəzarəti altında keçib.
Kahramanmaraşda 4,5 bal gücündə zəlzələ olub
ABŞ-də şokolad fabrikində partlayış olub: ölən və yaralananlar var - YENİLƏNİB
“Intel” şirkətinin həmtəsisçisi Qordon Mur vəfat edib
ABŞ hesab edir ki, Çin Rusiyaya hələ ki hərbi yardım göstərməyib