×
A
A
A
Sazlamalar

ABŞ-da “Çin Yeni ili” festivalında atışma zamanı azı 10 nəfər ölüb

Bakı, 22 yanvar, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles ətrafı Monterey Park şəhərində keçirilən “Çin Yeni ili” festivalında naməlum şəxsin atəş açması nəticəsində azı 10 nəfər həlak olub, yaralananlar var.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, əraziyə polis əməkdaşları və tibb işçiləri cəlb olunub, istintaq başlayıb.
Hadisənin təfərrüatları məlum deyil.

Dünya 2023-01-22 13:50:00