×
A
A
A
Sazlamalar

TƏBİB: İstirahət mərkəzində yanğın zamanı xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır

Bakı, 22 yanvar, AZƏRTAC
Qusar rayonunda yerləşən “Park Qusar” istirahət mərkəzində baş verən yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
TƏBİB-dən AZƏRTAC-a verilən xəbərə görə, hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Xəsarət alanların hamısı Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilir.
Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alanlardan 4-ü hadisə yerində dünyasını dəyişib.

Səhiyyə 2023-01-22 12:09:00