Pakistan mediası azərbaycanlı şərqşünasın 20 Yanvar faciəsi barədə məqaləsini yayıb
Bakı, 22 yanvar, AZƏRTAC
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədovun “Azərbaycanda 20 Yanvar faciəsi” adlı məqaləsi Pakistanda “The Daily Spokesman” qəzetində və “Sabah news” saytında dərc olunub.
Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, məqalədə 20 Yanvar faciəsi, onun səbəbləri və nəticələri, Azərbaycanın tarixində yeri və rolu haqqında məlumat verilib.
Yazıda, eyni zamanda, Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsi və bunun nəticələri haqqında qısa məlumat əksini tapıb.
Özbəkistan mətbuatında 20 Yanvar faciəsi ilə bağlı silsilə məqalələr yer alıb
Meksika mətbuatı 20 Yanvar faciəsinin 33-cü ildönümündən yazıb
20 Yanvar faciəsi ilə bağlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb