×
A
A
A
Sazlamalar

Türkmənistan parlamenti birpalatalı sistemə keçib

Bakı, 21 yanvar, AZƏRTAC

Türkmənistan parlamenti ikipalatalı sistemdən birpalatalı sistemə çevrilib.
AZƏRTAC TASS agentliyinə istinadla bildirib ki, bu barədə Türkmənistanın rəsmi televiziyası məlumat yayıb.
Telekanal bildirib ki, Türkmənistan parlamenti palatalarının bu gün keçirilən birgə iclasının yekunlarına görə, ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı müvafiq konstitusiya qanunu layihəsi baxılması üçün Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova göndərilib. Prezident qanun layihəsinə baxıb və onu təsdiqləyərək imzalayıb.
Eyni zamanda, Türkmənistanda geniş səlahiyyətlərə malik Xalq Şurası yaradılıb, Qurbanqulu Berdiməhəmmədov Şuranın sədri təyin edilib.

Dünya 2023-01-21 22:47:00