×
A
A
A
Sazlamalar

Fransada fəaliyyət göstərən Rusiya telekanalı bağlanıb

Moskva, 21 yanvar, AZƏRTAC

Rusiyanın “RT France” kanalı bağlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə kanalın rəhbəri Kseniya Fyodorova məlumat verib.
Qeyd edək ki, baş ofisi Parisdə yerləşən və fransız dilində yayımlanan telekanal 2017-ci ildə açılmışdı. Ötən ilin martından kanalın fəaliyyətinə qadağa qoyulub. Dekabr ayında isə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar paketi çərçivəsində “RT France”ın bank hesabları bloklanıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2023-01-21 21:34:00