×
A
A
A
Sazlamalar

Bu gün meşə fondu torpaqlarında 8 mindən çox ağac əkilib

Bakı, 21 yanvar, AZƏRTAC

Respublika ərazisində son günlər hava şəraitinin əlverişli keçməsi ölkənin meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin davam etdirilməsinə şərait yaradıb.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev AZƏRTAC-a bildirib ki, bu gün Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən Sabirabad və Şamaxı rayonlarının meşə fondu ərazilərinin ümumilikdə 10 hektar sahəsində 8 mindən çox ağac tingi əkilib: “Yanvarın 1-dən 21-dək respublika ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək sahələrinin 80 hektarında meşəbərpa tədbirləri aparılıb, 70 min ağac tingi əkilib, 3 min 500 kiloqram toxum səpilib”.

Ekologiya 2023-01-21 18:48:00